Xəbər lenti

91 yaşlı rejissor özünü pəncərədən atdı
Dünya07:06 06.10.2013

91 yaşlı rejissor özünü pəncərədən atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üç il qabaq başqa tanınmış rejissor da oxşar şəkildə intihar etmişdi

Kino  İtaliya kinorejissoru və senaristi Karlo Lidzani üçüncü mərtəbədə pəncərədən atılaraq intihar edib. Bu barədə Ans Press italyan mətbuatına istinadən bildirir. 

Karlo Lidzaninin 91 yaşı olub. Onun “Yoxsul aşiqlər barədə povesti” 1954-cü ildə Kann kinofestivalının mükafatını alıb. Lidzani həm də Roberto Rossellininin "Almaniya, sıfırıncı il" filmində ssenarist olub. Film italyan neorealizmin klassikası sayılır. 

Başqa tanınmış italyan rejissor Mario Moniçelli üç il qabaq Romada özünü xəstəxananın pəncərəsindən ataraq oxşar şəkildə intihar etmişdi.

Qaynar.info