İngiltərədə həkimin gözləmə salonunda tanış olan 92 yaşlı Frank Folkner və 85 yaşlı Doreen Fiənet evlənmək barədə qərar qəbul ediblər.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ilk görüşdə qadına vurulan Frank ondan yanında oturmaq üçün icazə alıb, sonra isə nömrəsinin yazıldığı kartı ona verib. O bildirir ki, həyəcanlı olduğu üçün danışa bilmirmiş və kartı ona verib, ümidlə Doreenin zəngini gözləyib. Bir neçə gün sonra görüşən Frank və Doreen daha əvvəl müvafiq olaraq 66 və 63 il digər şəxslərlə evli olublar.
Cütlük Frank Avstraliyada yaşayan oğlunu 2 aylıq ziyarətə gedən zaman münasibətlərini uzaq məsafədən davam etdirib. İngiltərəyə qayıdandan sonra Frank zinət əşyaları mağazasının qarşısında Doreenə evlilik təklif edib. Onlar 9 dekabr tarixində evlənməyə hazırlaşır.