Çində bir qadın lotereyada 930 min dollar udub. Lakin təsadüfən uduşlu biletini şalvarının cibində yuyub.
Qaynarinfo xəbər verir ki, "World of Buzz" məlumat
yayıb.
İndi onu cekpotdan məhrum edirlər.
Medianın məlumatına görə, Taizoudan olan bir qadın bu yaxınlarda 930 min dollar məbləğində lotereya uduşunun sahibi olduğunu öyrənib. Lakin o, biletini təsadüfən paltarının cibində yuduğu üçün mükafatı götürə bilmir. Yuyulma nəticəsində bilet tamamilə məhv olub.
Lakin qadın lotereya mərkəzinə zəng edərək vəziyyəti izah edib və uduşunu istəyib. Mərkəzdən ona bildiriblər ki, pul yalnız bütün bilet təqdim edildikdə alına bilər.
"Mən indi bu barədə düşünə bilmirəm. Sadəcə düşünmək ağrı verir", deyə qadın bildirib.
Aydın