Xəbər lenti

95 yaşlı faşist məhkəmə qarşısında
Dünya06:35 07.11.2018

95 yaşlı faşist məhkəmə qarşısında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Faşist Almaniyası dövründə Polşadakı "Stutthof" əsir düşərgəsində gözətçi kimi çalışan Yohan Rehbogenin məhkəmə prosesi başlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Münsterdə start götürən prosesdə 95 yaşlı Rehbogen o dövrdə törədilmiş cinayətlərə kömək etməkdə ittiham edilir. Həmin illərdə o, 21 yaşdan gənc olduğu üçün işə Əyalət Gənclik Məhkəməsi baxır. Yohanın yaşı və sağlamlığı səbəbilə məhkəmə prosesi gündə 2 saat davam edir. Məhkəmə Yohan Rehbogeni suçlu elan etsə, ona həbs cəzası veriləcək, lakin yaşı səbəbilə həbsxanaya göndərilməsi gözlənilmir.
Qeyd edək ki, "Stuthof"da 1942-1944-cü illərdə 65 min nəfər öldürülüb.
Gülşən