
ABŞ-da içərisində məktub olan bir şüşə 97 il sonra tapılıb.
1915-ci ildə Selina Pramstaller və Tillie Esperin Detroit şəhəri yaxınlığında St.Klair çayı sahilində əyləncəli bir gecə keçirdikdən sonra içərisinə məktub qoyaraq çaya atdıqları şüşə 97 il sonra bir dalğıc tərəfindən dapılıb. Dalğıc Dave Leander şüşənin və məktubun yerli Harsens müzeyində sərgilənəcəyini açıqlayıb. Həm məktubun, həm də şüşənin bu müddət ərzində yaxşı vəziyyətdə qaldığı bildirilir.
Məktubda o vaxt 17 və 23 yaşında olan Pramstaller ilə Esperin Harsens bölgəsindəki Tashmoo parkında xoş vaxt keçirdikləri yazılıb. «Tashmooda çox şən vaxt keçiririk», yazan gənclər məktuba tarix və ünvan yazmağı da unutmayıblar. Esperin nəvələrindən Eric Schiebold xəbəri öyrəndikdə xoş, həm də hüzünlü hisslər keçidiyini deyib.//anspress
Qaynar.info