Xəbər lenti

Ağ Ev: "Konqres Trampın Amerikanı müdafiə etməsinə mane olur"
Dünya07:55 10.01.2020

Ağ Ev: "Konqres Trampın Amerikanı müdafiə etməsinə mane olur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nümayəndələr Palatasının ABŞ prezidenti Donald Trampın səlahiyyətlərini məhdudlaşdırmaq üçün qəbul etdiyi qətnamə prezidentin Amerikanı müdafiə etməsinə mane olmaq cəhdidir".
Qaynarinfo xəbər verir ki, bu fikirlər Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda əks olunub. Administrasiya qətnaməni tamamilə yersis hesab edir. Açıqlamada həmçinin Konqresdəki demokratların "ABŞ silahlı qüvvələrinin İranın terror fəaliyyətlərini pozmağa" və "bölgədəki maraqlarını qorumağa" müdaxilə etməyə çalışdıqları bildirilib.
Qeyd edək ki, bir neçə saat əvvəl ABŞ Nümayəndələr Palatası qanunvericilərin müvafiq icazəsi olmadan prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə etmək imkanlarını məhdudlaşdıran qətnaməni təsdiqləyib.
Camal