
ABŞ prezidentinin iqamətgahı olan Ağ Ev ənənəvi Bahar Turu ilə bağlı 2 günlük xalqın üzünə açılıb.
Qaynar.info-nun məlumatına görə, hər il aprelin 13-14-də həyata keçirilən tədbirdə amerikalılar Jaklin Kennedi bağçası, Gül bağçası kimi Ağ Evin görməli yerlərini ziyarət etmək imkkanı əldə edirlər.
Bahar Turu ildə bir dəfə aprel ayında keçirilir. Bu il Ağ Evin təhlükəsizliyi ilə məşğul olan Gizli Xidmətin büdcəsində olan büdcə kəsiri ilə bağlı bu tədbirini keçirilməyəcəyi bildirilirdi. Lakin sonradan rəsmilər təhlükəsizliyi qorumaq üçün yetərli əməkdaşlarının olduqlarını deyərək, tədbirini həyata keçirilməsinə icazə veriblər.
Qaynar.info