Xəbər lenti

Ağ Ev və Moskvadan Əsədə gözlənilməz zərbə
Dünya08:29 18.02.2013

Ağ Ev və Moskvadan Əsədə gözlənilməz zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının sədri Muaz əl-Hatibin Vaşinqtonda rəsmi görüşlər keçirmək üçün dəvət aldığı bildirilib.

Qaynar.info-nun məlumatına görə, koalisiya sözçüsü Vəlid əl-Bunni verdiyi açıqlamasında dəvətin həqiqi olduğunu, lakin səfərin nə zaman baş tutacağının müəyyən edilmədiyini deyib.

BMT və Ərəb Birliyinin Suriya üzrə nümayəndəsi Əl-Əhdar əl İbrahimi dünən Qahirədə verdiyi açıqlamasında müxalifət liderinin gələn ay Moskvaya da səfər edəcəyini, orada bir sıra görüşlər keçirəcəyini bildirmişdi.

Ekspertlər bu dəvətlərin Moskva ilə Vaşinqtonun Suriya məsələsində razılığa gəldiyinin göstəricisi olduğu qənaətindədirlər.

Qaynar.info