
ABŞ prezidenti Donald Trampın terrorla mübarizə katibi Sebastian Qorka vəzifəsindən ayrılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bəzi mənbələr Qorkanın istefa verdiyini desə də, katibin vəzifəsindən azad edilməsi də iddialar arasındadır. Qorkanın bu vəzifədən getməsi ötən həftə Trampın strateji məsələlər üzrə rəhbər Stiv Bannon ilə yollarına ayırmasından sonra gözlənilən hadisə idi.
Qeyd edək ki, Qorka son bir ayda Ağ Evi tərk edən 5-ci şəxsdir.
Gülşən
Qaynarinfo.Az