Xəbər lenti

Ağ Evdə növbəti çaxnaşma: 1 istefa, 1 qovulma (FOTO)
Dünya06:21 19.08.2017

Ağ Evdə növbəti çaxnaşma: 1 istefa, 1 qovulma (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağ Evdə daha 2 vəzifə dəyişikliyi baş verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evin strateji məsələlər üzrə baş müşaviri Stiv Bannonu vəzifəsindən kənarlaşdırıb. Milyarder, Voll Strit sərmayəçisi Karl Aykan isə prezident məsləhətçisi vəzifəsindən istefa verib. 

Qeyd edək ki, Bannonun vəzifədən kənarlaşdırılması gözlənilməz idi, çünki Trampın ən yaxın adamlarından hesab edilən bu şəxs ağdərili amerikalıların hüquqlarını müdafiə edən və alternativ sağ hərəkatın əsas mətbu orqanlarından olan "Breitbart News"un rəhbəri idi. Bannon 2016-cı ilin avqust ayından etibarən Trampın seçki kampaniyasına rəhbərlik etmişdi.

Karl Aykon isə vəzifəsi ətrafında gedən müzakirələrə görə istefa verdiyini açıqlayıb.

Gülşən

Qaynarinfo.Az