Xəbər lenti

Ağ Evdə növbəti dəyişiklik
Dünya13:26 29.07.2017

Ağ Evdə növbəti dəyişiklik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp "Twitter" hesabından açıqlama verərək Con Kellini Ağ Ev aparatının yeni rəhbəri təyin etdiyini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Con Kelli Reyns Pribası bu vəzifədə əvəz edib. Tramp açıqlamasında "Con Kellini bu vəzifəyə təyin etməkdən çox razıyam. Con daxili işlər nazirliyində möhtəşəm işlərə imza atdı. İdarəçilik sisteminin öndə gedən üzvünə çevrildi. Reyns Pribasa xidmətlərinə və ölkəsinə bağlılığa görə təşəkkür edirəm" deyib.

Amerika mediası bildirir ki, Pribas cümə axşamı istefa vermişdi.

Gülşən

Qaynarinfo.Az