Xəbər lenti

Ağ Evdə növbəti istefa
Dünya06:35 30.09.2017

Ağ Evdə növbəti istefa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ səhiyyə naziri Tomas Prays istefa verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev məsələ ilə bağlı açıqlama verərək Tomas Praysın istefa verdiyini və prezidentin bunu qəbul etdiyini deyib. Boş qalan nazir postu vəzifəsinə katib köməkçisi kimi çalışan Don Raytın gətirilməsi gözlənilir.

Qeyd edək ki, Prays dövlətə aid helikopterləri şəxsi məqsədlərlə istifadə edir, yol xərclərini dövlətə ödədirdi və buna görə ciddi tənqidə məruz qalmışdı. Bir müddət əvvəl həyat yoldaşı ilə bal ayına dövlət helikopteri ilə getməsi böyük müzakirəyə səbəb olmuşdu. ABŞ konqresi sabiq nazir barəsində istintaq prosesi başlatmışdı.

Gülşən

Qaynarinfo.Az