Xəbər lenti

Ağ Evdəki "agent" kimdir?
Dünya08:35 07.09.2018

Ağ Evdəki "agent" kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağ Evin mətbuat katibi Sara Sanders "New York Times"a Tramp adminstrasiyası barədə qalmaqallı məlumatlar göndərən şəxs və həmin şəxsin kim olduğunu öyrənmək istəyən mediaya sərt reaksiya verib.
Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, adını gizli saxlayan Ağ Ev rəsmisi prezidentin yaxın şəxsləri gündəmin qalmaqallı informasiyalarla dolu olmasına çalışdığını və bəziləri ölkə rəhbərini vəzifədən kənarlaşdırmağı nəzərdə tutan "25-ci Dəyişikliy"i müzakirə edildiyini bildirir.
Adminstrasiyanın yüksək vəzifəli şəxsləri artıq bu məktubun onlara məxsus olmadıqlarını açıqlayıblar. 
Sanders bildirib ki, həmin şəxs qorxaqdır, bu şəxsin kim olduğunu öyrənməyə can atan media isə ölkəsinə və prezidentə fəxr edərək xidmət edən minlərlə insanın adını ləkələməyə çalışır, yazının müəllifini öyrənmək istəyənlər "New York Times"a zəng edə bilərlər.
Gülşən