
Dünən Türkiyənin İstanbul şəhərinin Taksim meydanında aksiyaçılara polis müdaxiləsi Ağ Evin narazılığı ilə qarşılanıb.
Ağ Ev yaydığı açıqlamada polisin güc tətbiq etməsini insan hüquq və azadlıqlarına zidd olunduğunu vurğulayıb.
Aznews.az-ın məlumtına görə ABŞ prezidentinin beynəlxalq təhlükəsizlik məsələləri sözçüsü Caitlin Haydenin adından yayılan açıqlamada Türkiyədəki hadisələri narahatlıqla izlədiyi vurğulanıb: “İfadə azadlığı hüquqlarından istifadə edənlərin cəzalandırılması istiqamətində hər hansı cəhdin şiddət təbliğ etmək istəklərindən narahatlığımızı ifadə edirik. Məsələnin dialoq vasitəsilə həll ediləcəyinə inanırıq. Türkiyə ABŞ-ın yaxın dostu və müttəfiqidir. Türkiyənin səlahiyyətli şəxslərinin bu əsas azadlıqlarının tərəfdarı olacaqlarına ümid edirik”.
Qaynar.info