Xəbər lenti

Ağ Evdən senatora kobud zarafat: "Fikirləri əhəmiyyətli deyil, çünki o ölür"
Dünya10:27 12.05.2018

Ağ Evdən senatora kobud zarafat: "Fikirləri əhəmiyyətli deyil, çünki o ölür"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağ Evdə müşavir vəzifəsini icra edən Kelli Sadler senator Con Makkeyn barədə xoşagəlməz fikir səsləndirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Makkeyn Cina Haspelin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri təyin edilməsinə qarşı çıxıb. Sadler Ağ Evdəki iclasda onun mövqeyi barədə "Fikirləri əhəmiyyətli deyil, çünki o artıq ölür" fikrini deyib. İclasın digər iştirakçıları bu zarafatın yersiz olduğunu bildirib.
Sadlerin daha sonra Makkeynin qızına zəng edərək üzr istədiyi iddialar arasındadır.
Qeyd edək ki, Con Makkeyn bir müddətdir beyin xərçəngindən əziyyət çəkir.
Gülşən