Xəbər lenti

Ağ Evdən ŞOK açıqlama: “Əl-Qaidə” Səudiyyə Ərəbistanının...""
Dünya19:53 18.04.2016

Ağ Evdən ŞOK açıqlama: “Əl-Qaidə” Səudiyyə Ərəbistanının...""

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Əl-Qaidə” terror təşkilatı Səudiyyə Ərəbistanı və bu ölkənin hökumət üzvlərinin maliyyə dəstəyi ilə yaradılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin birinci müavini Ben Rods bəyan edib.
“Səudiyyə Ərəbistanı “Əl-Qaidə”-yə dəstək siyasəti aparmayıb, lakin bir sıra zəngin insanlar ekstremist qruplaşmalara birbaşa ianələr ediblər. Belə deyək , “Əl-Qaidənin” bir layihə kimi ilkin mərhələsinə maliyyə dəstəyi Səudiyyə Ərəbistanından gəlib”, deyə B.Rods bildirib.
Onun sözlərinə görə, terrorçulara maliyyə dəstəyi göstərənlər arasında səudiyyə hökumətinin üzvləri də olub: “Bu pulların dövlət aparatından hansı istiqamətə yönəldiyi illər ərzində diqqətdən yayınıb”.  
Qaynarinfo.az