Xəbər lenti

Ağalarovla Putinin dostu qarşı-qarşıya - Layihəni kim udacaq?
Dünya14:15 05.06.2015

Ağalarovla Putinin dostu qarşı-qarşıya - Layihəni kim udacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan əsilli iş adamı Araz Ağalarovun “Crocus Group” şirkəti Moskvanın əsas nəqliyyat arteriyalarından biri olacaq Moskva Mərkəzi Dairəvi avtomobil yolununu tikintisi üçün podratçı olmağa iddialıdır. 

Modern.az xəbər verir ki,  “Crocus Group”la yanaşı, prezident Vladimir Putinin yaxın dostlarından sayılan Qennadi Timçenkonun “ARKS” şirkəti də dairəvi yolun tikinti podratçısı olmağa iddialıdır.

“Bəli, “Corcus Group”dan başqa, ARKS şirkəti də layihəyə maraq göstərir. Hər iki şirkətin layihəyə yanaşmasında müsbət və mənfi cəhətlər var. Hazırda onların layihədə iştirak parametrləri ölçülür”, - layihənin icrasına nəzarət edən “Avtodor” dövlət şirkətinin direktorlar şurasının sədri Sergey Kelbax məlumat verib.

Kelbax “Moskva Mərkəzi Dairəvi Yolu”nun icraçısının iyunun sonuna qədər məlum olacağını deyib. Bundan əvvəl, Araz Ağalarov “Crocus Group” şirkətinin layihəyə maraq göstərmədiyini söyləmişdi.  

Qaynar.info