Xəbər lenti

Çağatay Ulusoyu 5 ilə qədər həbs gözləyir
Maqazin08:31 07.05.2016

Çağatay Ulusoyu 5 ilə qədər həbs gözləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə sənət aləminin məşhur şəxsləri həbs oluna bilər.

Məhkəmə zamanı aralarında məşhur aktyor və müğənnilərin də olduğu 34 nəfər barəsində prokuror tərəfindən cəza istənilib.

Həmin şəxslər bir müddət öncə narkotik maddələrin istifadəsi və yayılmasına görə polis tərəfindən saxlanılıblar, bəziləri isə şərti azadlığa buraxılıb.

Türkiyənin məşhur sənət adamları Çağatağ Ulusoy, Cenk Eren və gənc akrisa Gizəm Karacanın da adı narkotik maddlərin istifadəsi və yayılmasında hallanır. Dövlət ittihammçısı onlara 2 ildən 5 ilə qədər həbs verilməsini istəyib. 

Məhkəmə iclası zamanı məlum olub ki, aktyor Çağatay Ulusoy satın aldığı narkotik maddələri həm öz evində, həm də aktrisa Gizəm Karacanın evində saxlayıb. 

Çağatay Ulusoyun evindən 4.5 qram toz halında narkotik maddə, 3.4 qram isə marixuana akşar edilib. 

Daha sonra məşhur aktyorun qanından analiz də götürülüb. Məlum olub ki, o, narkotik maddə istifadəçisidir. 

Gizəm Karacanın da qan testlərində narkotik maddə aşkar edilib. 

Hazırda məhkəmə prossesi keçirilir.(azvision.az)

Qaynarinfo.az