ABŞ Rusiyanın hərbi sənaye kompleksi üçün prosessor və digər komponentlərin tədarükünü dəstəklədiyi üçün 42 Çin şirkəti ilə ticarətə məhdudiyyətlər qoyub.
Qaynarinfo bu barədə "Reuters"ə
istinadən xəbər verir.
ABŞ Ticarət Nazirliyi 42 Çin şirkətini ixraca nəzarət siyahısına əlavə edib. Səbəb Rusiyaya dəqiq silahlarda istifadə olunan Amerika mikrosxemlərinin tədarükü olub. Siyahıya Çindən başqa, Finlandiya, Almaniya, Hindistan, Türkiyə, BƏƏ və Böyük Britaniyadan 7 şirkət daxildir.
Çin Ticarət Nazirliyinin nümayəndəsi Birləşmiş Ştatların dərhal səhv təcrübələrini düzəltməli və Çin şirkətlərini əsassız olaraq sıxışdırmağı dayandırmalı olduğunu bildirib.
Şirkətlər Vaşinqton onları ABŞ-ın milli təhlükəsizliyinə və ya xarici siyasətinə təhdid hesab etdikdə ABŞ-ın "qara siyahısı"na əlavə edilir. Bundan sonra tədarükçülər siyahıya daxil olan şirkətlərə mal tədarük etmək üçün çətin əldə edilən lisenziyalar almalıdırlar.
Aydın