Oktyabrın 1-dən başlayaraq maliyyə ili üçün ABŞ-ın ümumi müdafiə büdcəsi indiki 816 milyard dollardan 835 milyard dolları keçəcək.
Qaynarinfo xəbər verir ki, "Bloomberg" büdcənin hələ Konqresə göndərilmədiyi üçün adının açıqlanmasını istəməyən rəsmiyə istinadən
yazır.
Rəsmilər növbəti maliyyə ili üçün müdafiə büdcəsini sülh dövründə ən böyük büdcələrdən biri adlandırırlar.
ABŞ prezidenti Co Baydenin martın 9-da təklif edəcəyi xərc planında 170 milyard dollar silah alışı, 145 milyard dollar isə tədqiqat və inkişaf üçün nəzərdə tutulub. 170 milyard dollarlıq satınalma tələbi Konqresin cari maliyyə ili üçün təsdiq etdiyindən 8 milyard dollar çoxdur. Elmi tədqiqat və təkmilləşdirmə tələbi əvvəlkindən təxminən 5 milyard dollar çoxdur.
Büdcədən qırıcıların alınması, onların inkişafı və modernləşdirilməsinin davam etdirilməsi üçün 13,5 milyard dollar tələb olunacaq. Büdcə təklifinə həmçinin 4,3 milyard dollar, əsasən Northrop Grumman Corp-un yeni qitələrarası ballistik raketi üçün tədqiqat və inkişaf fondları daxildir ki, bu da Pentaqonun bu maliyyə ili üçün tələb etdiyindən 700 milyon dollar çoxdur.
Ağ Evin İdarəetmə və büdcə idarəsinin sözçüsü qarşıdan gələn maliyyə ili bağlı rəqəmləri şərh etməkdən imtina edib.
Nizami Bağırov