ABŞ Avropa Birliyi bazarlarında Rusiya neftini əvəz etmək üçün 2 milyon barel tutumu olan supertankerləri işə salıb.
Bu barədə Qaynarinfo Bloomberg-ə əsasən xəbər
verir.
2016-cı ildən bəri, birinci dəfə olaraq aprel ayının ortasında ABŞ supertankeri İspaniyaya neft təhvil verib.
Supertankerlərin funksiyası uzaq bazarlara neft daşımaqdır. Bundan öncə, ABŞ nefti adətən orta və kiçik (600 min-1 milyon barel tutumu olan) gəmilərlə Avropaya nəql olunurdu.
ABŞ Avropa bazarında Rusiya neftinin alışının kəskin azalmasını kompensasiya etmək üçün artıq cari ildə üçüncü dəfədir ki, AB ölkələrinə supertankerlərlə neft göndədir. Bundan öncə ABŞ supertankerləri Almaniya və Hollandiyaya neft təhvil verib.
ABŞ-ın 2022-ci ildə günlük neft istehsalı 800 milyon barel artaraq 12 milyon barelə çatacaq və 2023-cü ildə bu rəqəm 13 milyon barel olacaq. Bu isə ABŞ-ın Rusiya neftini AB bazarlarında əvəz etməsinə şərait yaradır.
Rusiya Ukraynaya hücumdan öncə günlük 4.8 milyon barel xam neft və 3 milyon barelə yaxın neft məhsulları ixrac edirdi. Bunun təxminən yarısı Avropa ölkələri və ABŞ bazarlarında satılırdı. ABŞ keçən ay Rusiya neftinin idxalına qadağa qoyub və Avropa Birliyi Rusiya neftinin idxalını kəskin azaltmağa çalışır.
Bloomberg-in digər xəbərinə (https://www.bloomberg.com/news/articles/2022-04-25/russia-s-rosneft-fails-to-award-big-oil-tender-with-buyers-wary) görə isə aprel ayının 26-sı Rusiyanın dövlət neft şirkəti, Rosneft-in ölkənin qərb limanlarında tender ilə satmağa cəhd etdiyi 6.5 milyon ton (37 milyon barel) neftinə müştəri çıxmayıb.
Tenderə əsasən, ödənişin 100 faizi rubl ilə olmalıdır və neftin təhvil verilməsi may-iyun ayları üçün nəzərdə tutulub.
Rusiya Qərbin sankaiyslarından yayınmaq üçün neft və qazını rubl ilə satmağa çalışır.
Arif