Xəbər lenti

ABŞ Abramoviçə məxsus iki dəbdəbəli təyyarənin həbsinə order verdi
Dünya07:08 07.06.2022

ABŞ Abramoviçə məxsus iki dəbdəbəli təyyarənin həbsinə order verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ hakimiyyəti Rusiya prezidenti Vladimir Putinə yaxın biznes liderlərinə təzyiq göstərməyə çalışır ki, Kremlin Ukraynada "xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyatı dayandırsın.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, ABŞ məhkəməsi rusiyalı milyarder Roman Abramoviçə məxsus iki dəbdəbəli təyyarənin ələ keçirilməsinə order verib. 
Lakin ABŞ hökumətinin təxminən 400 milyon dollar dəyərində olan təyyarəyə nəzarəti ələ keçirmə ehtimalı qeyri-müəyyən olub.
Ədliyyə Departamentinin rəsmisi 350 milyon dollar dəyəri olan Boeing 787 Dreamliner və 60 milyon dollarlıq Gulfstream G650 ER təyyarələrinin ABŞ-da saxlanmadığını deyib və ABŞ hökumətinin onların yerlərini bildiyini söyləməkdən imtina edib.
Manhettendəki federal hakim təyyarələrin son uçuşlarının ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi ixrac nəzarətini pozduğunu əsas gətirərək order verib. ABŞ Ticarət Nazirliyi Abramoviçə qarşı müvafiq inzibati ittihamlar irəli sürüb.
Təyyarələr ABŞ istehsalı olduğundan və uçuşlar ixrac məhdudiyyətləri qüvvəyə mindikdən sonra həyata keçirildiyi üçün Rusiya vətəndaşı olan Abramoviçə onları Rusiyaya uçurmaq üçün lisenziya lazım idi.
Departament Abramoviçə lisenziyasız uçuşa görə 328,121 dollara qədər və ya üç uçuşa görə təxminən 1 milyon dollara qədər cərimə tələb edə bilər.
Nurlan Hüseynov