Dünya 22:06 28.12.2022

ABŞ Ali Məhkəməsi Trampın miqrasiya proqramının ləğvini dayandırdı

ABŞ Ali Məhkəməsi Meksika sərhədindən ölkəyə gələn miqrantların onlara sığınacaq vermədən deportasiya edilməsinə icazə verən proqramı müvəqqəti saxlamağa səs verib. 

Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, bu barədə qərar çərşənbə axşamı, dekabrın 27-də keçirilən iclasda qəbul edilib.

Proqramın özü Donald Trampın prezidentliyi dövründə qəbul edilib. Politico yazır ki, beş hakimdən dördü onun dayandırılmasına səs verib. Yekun qərar iyunun sonunda veriləcək. Şifahi dinləmələr 2023-cü ilin fevral və mart aylarında baş tutacaq.

Qəzet yazır ki, 2020-ci ilin martından bəri ABŞ sərhəd xidmətləri miqrantları 2 milyon dəfədən çox ölkədən çıxarmaq hüququndan istifadə edib. Onlar öz hərəkətlərini koronavirus pandemiyası ilə əsaslandırıblar. 2022-ci ildə ABŞ tibb orqanları yoluxma nisbətlərinin azalması səbəbindən direktivin dayandırıla biləcəyini söyləyiblər.

Nizami Bağırov