Sağlamlıq 13:10 30.04.2022

ABŞ alimləri yeni infeksiyaların yaranma riski barədə xəbərdarlıq etdi (SƏBƏB)

Qlobal iqlim dəyişikliyi vəhşi təbiətdən insanlara yeni virusların ötürülməsi riskini artırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Nature” nəşrinin dərc etdiyi nəticələri araşdıran amerikalı alimlər bildirib.

Onların fikrincə, iqlim dəyişikliyi səbəbindən heyvanlar getdikcə daha çox köç etməyə məcbur olurlar. Bu, virusların əvvəllər təcrid olunmuş növlərə keçməsi ilə nəticələnir. Bəzi hallarda infeksiya heyvanlardan insanlara keçəcək.

Alimlərin araşdırması 2070-ci ilə qədər iqlim dəyişikliyi və torpaqdan istifadə senarilərinə görə 3139 məməli növünün yaşayış yerlərinin dəyişməsini modelləşdirir. Araşdırmaya görə, Asiya və Afrikada əhalinin sıxlığının yüksək olduğu bölgələrdə yüksək hündürlüklərdə çoxlu sayda müxtəlif heyvan növləri cəmləşəcək. Bu, virusların növlərarası ötürülməsinin 4 mindən çox halına gətirib çıxaracaq.

Mütəxəssislər hesab edirlər ki, bu "ekoloji keçid” çox güman, artıq davam edir və hətta bir əsr ərzində qlobal istiləşmə sənayedən əvvəlki səviyyədən 2°C ilə məhdudlaşsa belə, bu, gələcəkdə virusların yayılmasını azaltmayacaq.
 
Alpər