Xəbər lenti

ABŞ alimlərinin araşdırması: Rusiya özünə gələ bilməyəcək
Dünya08:28 29.07.2022

ABŞ alimlərinin araşdırması: Rusiya özünə gələ bilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərbin sanksiyaları Rusiyanı "iqtisadi uçuruma” sürükləyir. 
Qaynarinfo "Euobserver” saytına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı universiteti olan Yale açıqlama yayıb.
Yale tədqiqatı digər analitiklərin yüksək neft və qaz qiymətlərinin, eləcə də rublun məzənnəsinin Putini həmişəkindən daha zəngin etdiyinə dair iddialarına ziddir. 
Yale Universitetinin bu həftə apardığı araşdırmaya görə, təkcə Rusiyaya 600 milyard dollardan çox sərmayə qoyan və bir milyondan çox rusiyalının çalışdığı 1000-dən çox xarici şirkətin fəaliyyətini dayandırması ölkəyə böyük zərbə olub. "Bu şirkətlərin Rusiyaya qoyduğu sərmayənin dəyəri (Rusiya ÜDM-nin 40 faizini təşkil edir) Sovet İttifaqının süqutundan sonra ölkədə toplanmış bütün aktiv xarici sərmayələrin əsas hissəsini təşkil edir”, - araşdırmada deyilir.
Yale Universitetinin hesabatında deyilir:"Şübhəsiz ki, əmtəə ixracından gələn gəlirlərin Kremlin xəzinəsinə axınını daha da boğmaq üçün təcili olaraq bağlanmalı olan ABŞ və AB-nin sanksiyalar siyasətində əhəmiyyətli boşluqlar qalmaqdadır”.
"Bu qədər kapitalın ölkəni tərk etməsi müharibənin son bir neçə ayının göstəricisidir. Son dövrlər zəngin ruslar ölkədən ən azı 70 milyard dollar çıxarıblar. Eyni zamanda, Rusiya AB ixrac bazarlarını itirib və RF sənayesi Qərb ehtiyat hissələrinə və texnologiyasına çıxışın olmaması səbəbindən istehsalı saxlamaqda çətinlik çəkir”,-  Yale araşdırmasında deyir. 
Digər tərəfdən Rusiya qazının kəsilməsi Avropada təşviş yaradıb. 
"Müasir Rusiya iqtisadiyyatının strukturunda ortaya çıxan mənzərə bundan ibarətdir - daxili korrupsioner, Qərb texnologiyasından asılı resurs nəhəngi”, - deyə hesabatda qeyd edilib. 
"Müttəfiq ölkələr Rusiyaya qarşı sanksiya təzyiqinin saxlanması və artırılmasında israrlı olsalar Rusiya özünə gələ bilməyəcək”, - deyə müəlliflər əlavə edib.
Nurlan