Xəbər lenti

ABŞ Almaniyaya F-35 qırıcıları satmağa razılaşdı
Dünya05:24 29.07.2022

ABŞ Almaniyaya F-35 qırıcıları satmağa razılaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Dövlət Departamenti Almaniyaya 35 ədəd F-35 qırıcısı satmağa razılıq verib.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Dövlət Departamenti təxminən 8,4 milyard dollar dəyərində F-35 döyüş təyyarələri, avadanlıq və müvafiq sursatların Almaniyaya satışını təsdiqləməyə qərar verib, - ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin açıqlamasında deyilir. - Bununla bağlı ABŞ Almaniyaya adi uçuş və eniş qabiliyyətinə malik 35 ədəd F-35 döyüş təyyarəsi, 37 ehtiyat mühərrik, müxtəlif çaplı və qabiliyyətli çoxlu sayda döyüş sursatı və digər zəruri avadanlıqlar satacaq”.
M.Arif