Xəbər lenti

ABŞ Avropada nüvə başlıqlarını yerləşdirməkdən imtina edərsə... - Rusiyadan şərt
Dünya11:04 31.07.2023

ABŞ Avropada nüvə başlıqlarını yerləşdirməkdən imtina edərsə... - Rusiyadan şərt

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Avropada nüvə başlıqlarını yerləşdirməkdən imtina edərsə, Rusiya Belarusdan taktiki nüvə silahlarını çıxarmağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib.
"Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisindən hipotetik çıxarılması o halda mümkün olacaq ki, ABŞ və NATO Rusiya və Belarusun təhlükəsizliyini məqsədyönlü şəkildə pozmaq kimi destruktiv kursdan əl çəksinlər. Bu, Avropadakı müvafiq infrastrukturun ləğvi ilə Amerikanın bütün nüvə silahlarının ABŞ-a tam çıxarılmasını nəzərdə tutur”, - deyə Polişçuk bildirib.
Onun sözlərinə görə, Rusiyanın qonşu ölkədə taktiki nüvə silahı yerləşdirməsi NATO ölkələri və ABŞ-ın hərəkətlərinə qarşı "məcburi” və "cavab tədbiri” olub. Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, bu, həm də İttifaq dövlətinin qorunmasının təmin edilməsi zərurəti ilə əlaqədar Avropa təhlükəsizliyinin əsas sahələrində "fundamental dəyişikliklərə” reaksiya olub.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin martın 25-də Belarusda taktiki nüvə silahının yerləşdirilməsi qərarını açıqlayıb. O, bunu ABŞ-ın nüvə silahını Almaniya, Türkiyə, Niderland, İtaliya və digər Aİ ölkələrinə yerləşdirmək siyasəti ilə izah edib. 
"Biz taktiki nüvə silahlarımızı Belarusa ötürmürük, lakin biz onları yerləşdirəcəyik və Avropada ABŞ kimi hərbçilərə təlim keçəcəyik”, - Putin vurğulayıb.
Nizami Bağırov