Xəbər lenti

ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi
Siyasət14:15 28.06.2024

ABŞ Azərbaycanı NATO sammitinə dəvət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub. 
Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib. 
O vurğulayıb ki, ABŞ Dövlət katibi Antoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir: 
"Hər iki ölkənin iştirakını gözləyirəm. Tədbirdə ümumilikdə 30 tərəfdaş ölkə iştirak edəcək”.