Xəbər lenti

ABŞ "Belavia" və daha 4 Belarus şirkətinə qarşı sanksiyalar tətbiq etdi
Dünya15:30 09.08.2023

ABŞ "Belavia" və daha 4 Belarus şirkətinə qarşı sanksiyalar tətbiq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Maliyyə Nazirliyi Belarusdan olan 8 fiziki və 5 hüquqi şəxsi sanksiyalar siyahısına daxil edib. 
Qaynarinfo xəbər verir ki, onların arasında dövlət aviaşirkəti "Belavia" və Minsk Mülki Aviasiya Zavodu da var. Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
Hüquqi şəxslər arasında sanksiya siyahısına Belarus Dövlət Nəzarət Komitəsinin Maliyyə Təhqiqatları Departamenti, Belarus Metallurgiya Zavodu, həmçinin Belarus Metallurgiya Zavodu ilə əlaqəli olan Mayamidə qeydiyyatdan keçmiş "Bel Kap Steel" də daxil edilib. 
Fiziki şəxslər arasında 8 Belarus, 1 Rusiya və 3 Meksika vətəndaşı məhdudiyyətlərə məruz qalıb.
Aydın