Xəbər lenti

Dünya 17:45 09.07.2022

ABŞ beşinci nəsil F-35 qırıcılarını Estoniya hava bazasına yerləşdirdi

Amerikanın beşinci nəsil F-35 qırıcılarından ibarət qrup Estoniyanın Emari hava bazasına yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə İnterfaks NATO mesajına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarələr Şimali Atlantika Alyansının şərq cinahını havadan qorumaq missiyasını dəstəkləmək üçün gəlib.

NATO vurğulayıb ki, Almaniyadan olan F-35 qırıcıları Baltikyanı ölkələr üzərində hava məkanında patrulluqda iştirak edən Fransa və Belçikadan olan alyansın müttəfiq qırıcılarına qoşulub.

Bundan əvvəl Estoniya və Böyük Britaniyanın NATO-nun müdafiə innovasiya proqramının qərargahını paylaşacağı barədə məlumat verilmişdi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->