Xəbər lenti

ABŞ bu həftə Ukrayna üçün raketdən müdafiə sistemi alacağını elan edəcək
Dünya06:57 27.06.2022

ABŞ bu həftə Ukrayna üçün raketdən müdafiə sistemi alacağını elan edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar Ukrayna üçün orta və uzaq mənzilli təkmil raketdən müdafiə sistemi alacağını bu həftə elan edəcək.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Reuters agentliyinə məsələ ilə tanış olan mənbə bildirib.
Mənbə əlavə edib ki, Vaşinqton Ukraynaya digər təhlükəsizlik yardımı, o cümlədən əlavə artilleriya sursatları və Ukrayna ordusunun ehtiyaclarını qarşılamaq üçün əks batareya radarları da elan edəcəyi gözlənilir.
Bu ay prezident Co Bayden Ukraynaya 700 milyon dollarlıq hərbi yardım, o cümlədən uzaqmənzilli hədəfləri dəqiqliklə vura bilən qabaqcıl raket sistemləri verməyə razılaşıb.
Rəsmilərin dediyinə görə, sursat, əks-atəş radarları, bir sıra hava müşahidə radarları, əlavə olaraq Javelin tank əleyhinə raketlər, həmçinin tank əleyhinə silahlar da bu paketin bir hissəsidir.
Nurlan Hüseynov