"İsrail yalnız müəyyən hədəflərinə çatdığı halda hərbi əməliyyatı dayandıra bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu QAFSAM sədrinin müavini Nazim Cəfərsoy ABŞ rəsmilərinin İsraili Qəzzada başladığı hərbi əməliyyatı dayandırmağa çağırmasını şərh edərkən deyib.
Ekspert bildirib ki, İsrailin HƏMAS-a qarşı başladığı əməliyyatların müəyyən hədəfləri var:
"Bu hədəflərə çatmadan İsrail tərəfindən hərbi əməliyyatın dayanacağını düşünmürəm. ABŞ özü bu məsələdə ikitərəfli davranır. Bir tərəfdən İsrailə hər cür hərbi, siyasi, diplomatik dəstək verəcəyini bəyan edir. Digər tərəfdən isə əməliyyatların dayandırılması çağırışını etməklə əslində, öz imicini xilas etməyə çalışır.
İsrail iki halda əməliyyatı dayandıra bilər - ya əməliyyat müəyyən hədəflərə çatssın, ya da Qəzzada ciddi müqavimətlə rastlaşaraq ağır itkilərlə üzləşsin. Amma indiki halda əməliyyat yenicə başlayıb, hələlik dayanmayacaq".
Qeyd edək ki, ABS İsraili əməliyyatları dayandırmağa çağırıb. Amerika İsraildən Qəzzada quru əməliyyatının başlanmasını təxirə salmağı xahiş edir ki, bu müddət ərzində HƏMAS-la girovların azad edilməsi ilə bağlı danışıqlar apara bilsin. Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. İsrail ordusu isə tanklarla Beyt Hanun şəhəri istiqamətindən Qəzza zolağına doğru irəliləyir.
Rüfət Sultan