ABŞ onilliklər ərzində ilk dəfə olaraq yaxın gələcəkdə Cənubi Koreyaya nüvə silahına malik sualtı qayıq göndərməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap” agentliyi Amerikanın Cənubi Koreyadakı hərbi kontingentinin komandanlığının rəis müavini Skott Pleusa istinadən məlumat yayıb.
"Biz ABŞ-dan ballistik raketlərlə silahlanacaq nüvə sualtı qayığını gözləyə bilərik", deyə Pleus bildirib.
Məqalədə qeyd olunur ki, Pleus ABŞ-ın 7-ci Hərbi Hava Qüvvələrinə rəhbərlik edir. İyunun 29-da onun Seulda "Yonhap" Agentliyi və Koreya Respublikasının Birləşmə Nazirliyi tərəfindən təşkil olunan forumda çıxışı planlaşdırılır.
Mayın əvvəlində Pentaqonun sözçüsü Patrik Rayder Ohayo sinfinə aid nüvə sualtı qayığının Cənubi Koreyaya daxil olacağını açıqlamışdı. Eyni zamanda, o, "heç bir yerləşdirmə tarixini əvvəlcədən elan etməyəcəyini" qeyd etmişdi.
Aydın