Xəbər lenti

ABŞ-Çin arasındakı hərbi münaqişə nə zaman baş verəcək? (ŞƏRH)
Dünya08:24 14.09.2023

ABŞ-Çin arasındakı hərbi münaqişə nə zaman baş verəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın perspektivdə ABŞ-la Çin arasında real hərbi toqquşmanın olacağını proqnozlaşdırmıram. Çünki Rusiya hələ tam olaraq çökdürülməyib”.
Bunu Qaynarinfo-ya konfliktoloq Üzeyir Şəfiyev ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Frуnk Kendalın Vaşinqtonu Çinlə silahlı münaqişəyə hazır olmağa çağırmasını şərh edərkən deyib.
Üzeyir Şəfiyev bildirib ki, Vaşinqtonun tezliklə Çinə ikinci cəbhəni açacağı inandırıcı deyil: 
"Yaxın perspektivdə ABŞ-Çin hərbi konfliktinin baş verəcəyi gözlənilmir. Ola bilsin ki, yalnız Tayvan ətrafında lokal qarşıdurmalar olsun. Amma bu, böyük Çin-ABŞ qarşıdurması səviyyəsində olmayacaq. Əgər, belə bir münaqişə olarsa, yalnız Rusiyanın çöküşündən sonra ola bilər. Bu günlərdə ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken artıq köhnə konfiqurasiyanın arxada qaldığını və yeni geosiyasi gəlişmələrin olduğunu bəyan edib. ABŞ daha çox Çinlə Rusiya əməkdaşlığından narahatdır. 
Ekspert qeyd edib ki, ABŞ dünya üzrə revizionist siyasət yürüdür, dövlətlərin xarici siyasətlərini, iqtisadi, siyasi gəlişmələrini təftiş edir. Bu mənada Vaşinqtonu Pekinin artan nüfuzu narahat edir. Ona görə də Çinə qarşı mübarizədə Tayvandan təzyiq variantı kimi istifadə edir:
"Həmçinin, Çinə bu və ya digər formalarda sanksiyalar qoyur. Lakin bütün bunlara baxmayaraq, Vaşinqton Çinin inkişafı və ambissiyaları ilə bacara bilmir. Ağ Ev Çin ətrafında öz maraqlarına cavab verən koalisiyalar da yaratsa da, hələlik Çinlə müharibə etməyə hazır deyil”. 
Rüfət Sultan