Xəbər lenti

Dünya 14:21 13.12.2023

ABŞ Çin, Türkiyə və BƏƏ şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan 250-dən çox hüquqi və fikizə şəxsə qarşı sanksiya tətbiq edib. Belə ki, onların Rusiyaya müntəzəm dəstəyi onun Ukraynaya müdaxiləsində mühüm rol oynayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Sanksiyalar çərşənbə axşamı, dekabrın 12-də Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı tətbiq edilib.

Maliyyə naziri Canet Yellen bildirib ki, sanksiyalar Rusiyaya hərbi sənaye bazasını qurmaq və saxlamaq üçün lazım olan "töhfələri” təmin edən üçüncü ölkə təchizatçılarına və şəbəkələrinə təzyiqi artırmağa davam edəcək.

Maliyyə Nazirliyi bildirib ki, Çin, Honq-Konq və Pakistanda yerləşən və Rusiyaya Çin istehsalı silah və texnologiya, o cümlədən yarımkeçirici istehsal avadanlıqları, dronlar və əlaqəli komponentləri rusiyalı müştərilərinə satan dörd müəssisə və doqquz fiziki şəxsdən ibarət şəbəkəyə sanksiya tətbiq edir. 

Nazirlik açıqlamasında qeyd edib ki, şəbəkə Çin vətəndaşı Hu Syaosün və onun şəxsi müdafiə şirkəti "Jarvis HK Co Ltd” ilə əlaqəlidir. 
Sanksiyalar həmçinin bir neçə türk hüquqi və fiziki şəxsə tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, onlar Rusiyanı hərbi maşınının işləməsini təmin etmək üçün istifadə olunan müxtəlif elementlər, xüsusən də podşipniklər, elektron inteqral sxemlərin və naviqasiya vasitələri ilə təmin ediblər. 

BƏƏ-də yerləşən bir neçə şirkətin Rusiya şirkətlərinə təyyarə hissələri və avadanlıqları satdığına görə sanksiyaya məruz qaldığı bildirilir.

Dövlət Departamenti həmçinin Rusiyaya kritik komponentlər göndərən İsveçrənin "Thamestone SA” elektronika şirkətinə, eləcə də Sinqapurun "Micro Electronics Technologies PTE LTD” firmasına və bir sıra digər Rusiya şirkətlərinə sanksiya tətbiq edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->