Xəbər lenti

ABŞ Çində casus şəbəkəsini bərpa etməyə çalışır - WSJ
Dünya09:15 26.12.2023

ABŞ Çində casus şəbəkəsini bərpa etməyə çalışır - WSJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin 10 il əvvəl ölkə daxilində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ən böyük casus şəbəkəsini ifşa etdikdən sonra ABŞ yenə də ÇXR-də yeni agentlər cəlb etməyə çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal”ın materialında deyilir.
Nəşrin yazdığına görə, ABŞ-ın Çin lideri Si Szinpinin və onun yaxın çevrəsinin əsas təhlükəsizlik məsələləri, xüsusən də Tayvanla bağlı niyyətləri barədə hələ də heç bir məlumatı yoxdur.
"Çin rəhbərliyinin planları və niyyətləri haqqında heç bir real fikrimiz yoxdur”, deyə ABŞ kəşfiyyatının keçmiş yüksək vəzifəli məmuru nəşrə deyib.
Nəşr qeyd edir ki, Çini hədəf alan casus şəbəkəsinin gücləndirilməsi "MKİ və digər kəşfiyyat orqanlarında titanik, lakin əsasən gizli dəyişikliklərin məqsədlərindən biridir”.
Bu, ABŞ-ın təhlükəsizlik siyasətinin dünya üzrə üsyançılarla mübarizədən Çin və Rusiya ilə mümkün münaqişəyə hazırlaşmağa yönəlmiş daha geniş transformasiyası fonunda baş verir.
Nəşrin məlumatına görə, oktyabrın 7-də HƏMAS-ın İsrailə qəfil hücumu və ondan sonra Qəzzada baş verən müharibə, habelə Rusiyanın Ukraynaya müdaxiləsi Ağ Evin diqqətini və kəşfiyyat resurslarını tələb etdi ki, bu da Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsin Çini uzunmüddətli prioritetlərə çevirmək səylərini çətinləşdirdi. 
Mərkəzi Kəşfiyyat İdarəsinin veteranlarından biri bildirib ki, Pekinə daimi diqqəti saxlamaqla iki böhranın idarə edilməsi xüsusi xidmət orqanının sınağı olacaq. 
Bu gün Çin ordusunun yerləşdirilməsi və modernləşdirmə planları ABŞ peykləri tərəfindən izlənilir və xüsusi qurğular vasitəsilə çox sayda Çin kommunikasiyası ələ keçirilir.
Bundan əlavə, rəsmilərin sözlərinə görə, ABŞ-ın Sinin planları haqqında məlumatları əsasən onun tez-tez verdiyi açıqlamaların təhlilindən əldə edilir. 
Məqalədə deyilir ki, ABŞ-ın Çin daxilindəki hərəkətləri "Oruellvari müşahidə sistemləri” ilə mürəkkəbləşir. 
MKİ direktoru iyul ayında Aspendə keçirilən təhlükəsizlik forumunda bildirib ki, MKİ Vaşinqtona casusluq etmək üçün nüfuzlu Çin rəsmilərini və iş adamlarını cəlb edir.
"Biz irəliləyiş əldə etdik və digər üsullarla əldə edə bildiklərimizə əlavə olaraq, güclü insan kəşfiyyat imkanlarımıza sahib olmağımızı təmin etmək üçün son bir neçə il ərzində çox çalışırıq", deyə Börns bildirib.
Kəşfiyyat rəsmiləri Sinin avtokratik liderliyindən artan narazılığı və çətin iqtisadi vəziyyəti nəzərə alaraq, Çində potensial vakansiyaların olduğunu da söyləyirlər.
Nizami Bağırov