ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen bildirib ki, Çin şirkətləri Qərbin sanksiyalarından yan keçmək üçün Rusiya Federasiyasına maddi dəstək və yardım göstərməməlidir.
Qaynarinfo xəbər verir ki, Canet Yellen Çin rəsmiləri ilə danışıqlarda Rusiyanın Ukrayna ərazisindəki müharibəsinə son qoymağın vacibliyini vurğuladığını bildirib.
O qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyadakı vəziyyətə nəzarət etsə də, Vaşinqtonun Kiyevə dəstəyi dəyişməyəcək.
"Və mən Çinli həmkarlarıma dedim ki, ÇXR firmaları Rusiyaya sanksiyalardan yayınmaq üçün maddi dəstək və ya yardım göstərməkdən çəkinməlidirlər”, deyə Yellen bildirib.
Aydın