Xəbər lenti

ABŞ Çini hədələdi: Rusiyaya kömək edərsə...
Dünya06:39 10.01.2023

ABŞ Çini hədələdi: Rusiyaya kömək edərsə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Çinin Rusiyanın təhlükəsizlik yardımı tələbinə cavab olaraq qəbul etdiyi hər bir qərarı izləyir və lazım gələrsə, təsir rıçaqlarından istifadə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı bildirib.
"Biz Rusiyanın təhlükəsizliklə bağlı hər hansı müraciətinə cavab olaraq ÇXR-in qəbul etdiyi qərarları diqqətlə izləyirik”, - Prays bildirib.
O, həmçinin vurğulayıb ki, Pekin Rusiyaya sistemli şəkildə ABŞ sanksiyalarından yayınmaqda kömək etmək qərarına gəlsə və ya daha sonra Rusiyanın Ukraynadakı müharibə üçün istifadə edəcəyi təhlükəsizlik yardımı göstərmək istəsə, Vaşinqton Çinə "bədəlin nə olacağını” dəfələrlə izah edib.
Nizami Bağırov