Xəbər lenti

ABŞ-da 10 min yəhudi fələstinlilərə dəstək üçün etiraza qalxdı (VİDEO)
Dünya09:07 19.10.2023

ABŞ-da 10 min yəhudi fələstinlilərə dəstək üçün etiraza qalxdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Jewish Voice for Peace” anti-sionist yəhudi hərəkatının verdiyi məlumata görə, Vaşinqtonda Kapitoli qarşısında 10 min yəhudinin iştirakı ilə fələstinlilərə dəstək nümayişi keçirilib. Aksiya zamanı 500 yəhudinin saxlanıldığı iddia edilir. 
Qaynarinfo xəbər verir ki, bu barədə hərəkat X sosial şəbəkəsindəki yazısında bildirib.
"Reuters" iştirakçıların ümumi sayının yüzlərlə olduğunu təxmin edib 
"Biz ABŞ-ın İsrail tərəfindən fələstinlilərə qarşı davam edən zülmündə iştirakını kütlələrin diqqətinə çatdırmaq üçün Konqresi bağladıq. Amma bizim işimiz hələ bitməyib”, - "Jewish Voice for Peace” yazıb. 
Nümayiş bir gün əvvəl, oktyabrın 18-də Kapitoli təpəsində keçirilib. Təxminən 100 nəfər Konqres binasını zəbt edərək, ABŞ hakimiyyətini Qəzza zolağında atəşkəsə nail olmağa çağırıb. Polis bildirib ki, onlar etirazçıların hakimiyyət orqanlarına tabe olmaqdan imtinaları ilə bağlı həbslər aparırlar - Kapitoliyada etiraz aksiyaları qadağandır.
Nizami Bağırov