Xəbər lenti

ABŞ-da 104 yaşlı nənə paraşütlə tullandı və təsadüfən dünya rekordu qırdı (VİDEO)
Dünya05:35 05.10.2023

ABŞ-da 104 yaşlı nənə paraşütlə tullandı və təsadüfən dünya rekordu qırdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
104 yaşlı amerikalı qadın paraşütlə tullanıb və qeyri-rəsmi olaraq bu cür tullanan ən yaşlı insan kimi dünya rekordu vurub. 
Qaynarinfo xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
KİV-in məlumatına görə, Doroti Hoffner 4100 metr hündürlükdən paraşütlə tullanmaq qərarına gəlib.
Lakin bu, Hoffner üçün ilk sıçrayış deyil. O, ilk dəfə 100 yaşında paraşütlə tullanıb - sonra onu təyyarədən "itələmək" lazım olub, media qeyd edir. Ancaq bu dəfə qadın sakit və inamlı görünərək hər şeyi özü edib. O, səmada 7 dəqiqə vaxt keçirib.
Nənənin İllinoys ştatındakı Skydive Chicago kompleksində təlimatçı ilə tandemdə atıldığı bildirlir. "Yaş sadəcə bir rəqəmdir" deyən Hoffner səmada onunçün əla olduğunu əlavə edib.
İndi o, hava şarında uçmaq istədiyini deyir.
Alpər