Xəbər lenti

ABŞ-da 160000 aktyor "mövcud olan son vasitə"yə əl atdı - Tətil başlayır
Dünya06:18 14.07.2023

ABŞ-da 160000 aktyor "mövcud olan son vasitə"yə əl atdı - Tətil başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kino Aktyorları Gildiyası və ABŞ-ın Televiziya və radio artistlər Federasiyası (SAG-AFTRA) Kino Filmləri və Televiziya Prodüserləri Alyansı (AMPTP) ilə dörd həftəlik uğursuz danışıqlardan sonra tətilə səs verib. Tətil bu gün, iyulun 14-dən başlayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant Reuters-ə istinadən məlumat yayıb.
Tətilçilər film və serialların çəkilişlərində, eləcə də layihələrin təbliğatında iştirak edə bilməyəcəklər. Tətildə yalnız 160000-ə yaxın, konkret tipli müqavilələr əsasında işləyən aktyorun iştirak etməsi tələb olunur. Aksiya müddətsizdir. SAG-AFTRA-nın icraçı direktoru Dunkan Krebtri-Ireland tətili "mövcud olan son vasitə" adlandırıb.
"Birlikdə işlədiyimiz insanların bizə necə rəftar etdiyi məni heyrətə gətirir. Açığı, çox şeydə bir-birimizdən nə qədər uzaq olduğumuza, onların kasıblığa, baş direktorlarına yüz milyonlarla pul vermələri ilə sağa-sola pul xərcləmələrinə istinadən etmələrinə inana bilmirəm. Bu, iyrəncdir”, -  SAG-AFTRA-nın icraçı direktoru mətbuat konfransında bildirib. 
SAG-AFTRA iyunun əvvəlində tətil etmək barədə qərar verib. Həmkarlar ittifaqı AMPTP ilə daha yaxşı iş şəraiti, daha yüksək maaş və qonorar və aktyorların gələcəkdə süni intellektlə əvəz olunmayacağına zəmanət vermək üçün danışıqlar aparıb.
Tətil rəsmən elan olunandan sonra artıq ilk reaksiyalar gəlib. Sky News telekanalının məlumatına görə, aktyorlar Mett Deymon, Emili Blant, Sillian Merfi və Remi Malek Hollivuddakı tətillə həmrəy olaraq "Oppenheymer” filminin London premyerasını tərk ediblər. Sənətçilər Londonun mərkəzindəki Odeon kinoteatrındakı premyeraya gəliblər, lakin Kino Aktyorları Gildiyası və ABŞ-ın Televiziya və radio artistlər Federasiyası tətil elan etdikdən sonra tədbiri tərk ediblər. Filmin rejissoru Kristofer Nolanın bildirdiyinə görə, sənətçilər "etiraz afişalarını hazırlamaq üçün gediblər".
Qeyd edək ki, ilin əvvəlində oxşar tələblərlə ABŞ-ın Senaristlər Gildiyası çıxış edib. Onun kinostudiyalar və televiziya şirkətləri ilə apardığı danışıqlar nəticəsiz qalıb, bununla əlaqədar həmkarlar ittifaqı üzvləri mayın 2-dən bu günə qədər davam edən müddətsiz tətilə başlayıblar.
Nizami Bağırov