Xəbər lenti

ABŞ-da alıcılar "Burger King"i məhkəməyə verdi: reklamdakından kiçikdir...
Dünya18:08 30.08.2023

ABŞ-da alıcılar "Burger King"i məhkəməyə verdi: reklamdakından kiçikdir...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayami dairə məhkəməsi "Burger King"in kollektiv iddiaçıların restoranlar şəbəkəsinə qarşı qaldırdığı fırıldaqçılıq, ədalətsiz varlanma və səhlənkarlıqda ittiham edən idddiasına etiraz etmək cəhdlərini rədd edib. 
Bu barədə Qaynarinfo "Reuters"ə istinadən xəbər verir.
Hakim Roy Altman qərar verib ki, "Burger King" "Whopper" burgerinin reallıqdan fərqli olaraq reklamda daha böyük, daha yeməli və daha doyumlu göründüyünü iddia edən iddiaçılara məhkəmədə cavab verməlidir.
Kollektiv iddiada beş nəfər iştirak edir. Onlar iddia edirlər ki, "Burger King" reklamlarda burgerlərin içindəkiləri o qədər çox göstərir ki, "az qala çölə töküləcək”. İddiaçıların fikrincə, reklamdakı "Whopper" burger şəbəkənin  yeməkxanalarında alına bilən burgerdən 35% böyükdür və ət miqdarı reklamda göstərilənin yarısı qədərdir. İddiaçılar iddia edirlər ki, "Whopper"in əslində nə olduğunu bilsəydilər, ona pul xərcləməzdilər. İstehlakçıların hər biri dəymiş ziyanı 5 milyon dollar qiymətləndirib.
"Burger King" şəbəkəsi ittihamlarla razılaşmır və onları yalan adlandırıb. Şirkət hesab edir ki, onların "şəkildəkinə tam oxşayan" burgerləri satmaq öhdəliyi yoxdur. Hakim Altman buna cavab olaraq qeyd edib ki, andlılar "ağlı başında olan insanların bu barədə nə düşündüklərini bizə deməlidirlər". 
Oxşar iddialar daha əvvəl "McDonald's", "Wendy's" və "Taco Bell" şəbəkələrinə qarşı qaldırılıb və hazırda iş Nyu York federal məhkəməsində baxılır. İddiaların hər birində iddiaçılar ən azı 5 milyon dollar təzminat tələb edirlər.
Nizami Bağırov