Xəbər lenti

ABŞ-da Azərbaycan və Türk diplomatlarına hücum edən ermənilər həbs olunacaq
Dünya06:23 04.10.2023

ABŞ-da Azərbaycan və Türk diplomatlarına hücum edən ermənilər həbs olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 29-da Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən "Türkiyə xarici siyasətində ictimai diplomatiyanın rolu” adlı konfransda Azərbaycan və türk diplomatlarına hücum edən ermənilər həbs olunacaq.
Qaynarinfo TRT Haber-ə istinadla xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfiri və Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanovun çıxış etdiyi tədbirə radikal erməni qruplarının hücumu ilə bağlı araşdırma aparılır.
Los-Anceles Polis Departamentinin böyük cinayətlər bölməsinin baş müfəttişi qeyd edib ki, türk diplomatları binanın qarşısında erməni əsilli bir qrup kişi və qadın tərəfindən döyülüb. O, 3 nəfərin istintaqa cəlb olunduğunu bildirib.
Polis sözçüsü hadisənin ciddi narahatlıq doğurduğunu və günahkarların həbs ediləcəyini vurğulayıb.
Yada salaq ki, hücum edənlər Azərbaycan və Türkiyəni təhqir ediblər. Təxminən 10 dəqiqə davam edən təxribatdan sonra polis əməkdaşları onları zaldan çıxarıblar.
Alpər