Xəbər lenti

ABŞ-da Baltimor ruhaniləri 60 il ərzində 600 uşağı cinsi istismar edib - Hesabat
Dünya13:17 06.04.2023

ABŞ-da Baltimor ruhaniləri 60 il ərzində 600 uşağı cinsi istismar edib - Hesabat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da Merilend ştatının ən böyük şəhəri olan Baltimorun ruhaniləri 600-dən çox uşağa qarşı cinsi istismarda ittiham olunublar. Amerika şəhərində oxşar cinayətlər 60 il ərzində - 1940-cı illərdən 2002-ci ilə qədər törədilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Merilend ştatının Baş prokuroru hesabatında bildirib.
Uşaqların cinsi istismarı ilə bağlı cinayət işində 156 müttəhim var ki, onların əksəriyyəti Baltimor arxiyepiskopiyasından olan Roma Katolik Kilsəsinin ruhaniləridir. Bəzi təqsirləndirilən şəxslərin adları məhkəmənin qərarı ilə gizlədilib.
Baltimor Baş yeparxiyasında uşaq istismarı ilə bağlı istintaq beş il davam edib, cinayətlərin qurbanları və şahidləri ilə sorğu-sual aparılıb. NBC-nin məlumatına görə, Baltimor ruhaniləri arxeparxiyadakı bir sıra pedofiliya faktlarını bilsələr də, qalmaqalın qarşısını almaq üçün onları gizlədiblər. Bir sıra hallarda Roma Katolik Kilsəsində uşaq və yeniyetmələrə qarşı cinsi istismarda şübhəli bilinən şəxslər tutduqları vəzifələrdən uzaqlaşdırılıb, yetkinlik yaşına çatmayanlarla işləmək qadağan edilib, lakin heç kim hüquq-mühafizə orqanlarına müraciət etməyib.
Baltimor arxiyepiskopu Uilyam Lauri, tabeliyində olanların cinsi zorakılıq faktlarında iştirak etdiyini etiraf edib və şəhər prokurorunun hesabatında qeyd olunanlara görə açıq şəkildə üzr istəyib. Sənəddə "arxeparxiya tarixinin məzəmmətli bir dövrü, gizlədilə bilməyən, diqqətdən kənarda qalmayan və ya unudula bilməyən bir dövr ətraflı təsvir olunur”, - din xadimi vurğulayıb.
Nizami Bağırov