ABŞ-ın şimal-qərbində yerləşən Yellouston Milli Parkının yeraltısında elə bir supervulkan yerləşir ki, onun mümkün püskürməsi təkcə ölkənin deyil, bütün planetin iqlimini dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ecoportal" məlumat yayıb.
Qeyd edilir ki, tədqiqatçılar artıq onilliklərdir bu bölgənin yeraltı fəallığını yaxından izləyirlər. Alimlərin fikrincə, əgər bu supervulkan püskürərsə, nəticədə ABŞ əhalisinin 90%-i həyatını itirə bilər.
Məqalədə vurğulanır ki, Yellouston kalderasında sonuncu supervulkan püskürməsi təxminən 640 min il əvvəl baş verib. Buna baxmayaraq, alimlər fəaliyyəti davamlı şəkildə izləyir.
Son illərdə bu müşahidələr daha intensiv xarakter alıb. Səthaltı prosesləri əvvəlkindən daha dəqiq müəyyən etməyə imkan verən yeni texnologiyalar – məsələn, seysmik görüntüləmə və peyk monitorinqi tətbiq olunub.
Tədqiqatçılar Yellouston kalderasının təxminən 3,8 kilometr dərinliyində yerləşən və "nəfəs alan" maqmatik qapaq təbəqəsi aşkarlayıblar. Bu təbəqə yarı ərimiş süxurlardan və qızmış mayelərdən ibarətdir. Qaz sızması nəticəsində təzyiq azalır və bu da qəfil və güclü püskürmə riskini əhəmiyyətli dərəcədə azaldır.
Alimlər həmçinin, sərt süxurların bu hərəkətli maqmaya çevrildiyi ərazilərin xəritəsini tərtib ediblər. Bu da onların milyon illərdir aktiv olan dinamik maqma anbarı ilə yer qabığı arasındakı fərqi müəyyənləşdirməsinə imkan verib. Xoşbəxtlikdən, bu sistemin püskürməyə yaxın olmadığı məlum olub.
Rays Universitetinin professoru Brendon Şmandt bildirib ki, tədqiqatçılar uzun müddətdir bu maqma kamerasının yuxarı hissəsinin harada yerləşdiyini və necə qurulduğunu anlamağa çalışırdılar. Son tapıntılar göstərir ki, bu yeraltı rezervuar hələ də aktivdir və səth altında yerdəyişmə halındadır.
Alim əlavə edib ki, vulkanın altında qazla zəngin bir təbəqə aşkarlanıb, lakin orada toplanmış qaz və ərimiş materialın həcmi hələ də püskürmə riski doğuracaq səviyyədən xeyli aşağıdır. Onun sözlərinə görə, bu sistem ehtimal ki, qazı süxurlardakı kiçik çatlar və kanallar vasitəsilə təbii şəkildə xaric edir.
Aydın
Şərhlər