Xəbər lenti

ABŞ-da ən böyük ev alıcıları - Çinlilər
Dünya08:40 21.07.2022

ABŞ-da ən böyük ev alıcıları - Çinlilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Rieltorlar Assosiasiyasının məlumatına görə, əcnəbilər arasında keçən il Amerika daşınmaz əmlakının ən aktiv alıcıları Çinli investorlar olub. Çinlilər əsasən Florida və Kaliforniyada evlərə rekord məbləğ - 6,1 milyard dollar xərcləyib.
Qaynarinfo bu barədə "Nypost"a istinadən xəbər verir.
NAR-a görə, materik Çin, Tayvan və Honq Konqdan olan alıcılar mövcud evlərə hər bir əməliyyat üçün orta hesabla 1 milyon dollardan bir qədər çox pul xərcləyirlər - bu əməliyyatların təxminən üçdə biri (31%) Kaliforniyada əmlak alışı ilə bağlıdır.
Sonrakı yerdə Kanada (5,5 milyard dollar), Hindistan (3,6 milyard dollar), Meksika (2,9 milyard dollar) və Braziliya (1,6 milyard dollar) alıcıları gəlir.
Təqdim olunan rəqəmlərə görə, Florida ən çox daşınmaz əmlak alqı-satqısını həyata keçirən ştat olub. 
M.Arif