Xəbər lenti

ABŞ-da hökumət “şatdaun”u Ukraynaya hərbi yardımın sürətinə təsir edə bilər
Dünya05:46 26.09.2023

ABŞ-da hökumət “şatdaun”u Ukraynaya hərbi yardımın sürətinə təsir edə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ hökumətinin "şatdaun”u Ukraynaya hərbi yardımın sürətinə təsir edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. 
Onun sözlərinə görə, "şatdaun” (yeni büdcənin qəbulunun ləngiməsi – red.) dayanma zamanı kimin işləməsinə icazə verildiyi və qadağan edildiyi ilə bağlı hüquqi məsələdir.
"Hökumətin fəaliyyətini dayandıracağı təqdirdə biz yardım göstərməyə davam edə bilərik - hərbi yardım, təhlükəsizlik yardımı. Amma işə gəlməsi qadağan olunan bir neçə şəxs olduqda, bu, istənilən çatdırılmaların sürətinə təsir edə bilər. Buna görə də biz hesab edirik ki, işlərin dayandırılması bu qədər narahatlıq doğurur və biz Konqresi hökuməti maliyyələşdirməyə çağırırıq", - Miller bildirib.
Nizami Bağırov