ABŞ Federal rabitə komissiyası (FCC) peyki lazımi qaydada utilizasiya edə bilməyən televiziya şirkətini ilk dəfə orbital zibilə görə cərimələyib.
Qaynarinfo xəbər verir ki, Euronews-un
məlumatına görə, Dish Network "2002-ci ildən kosmosda olan EchoStar-7 adlı peyki lazımi qaydada məhv etmədiyinə” görə 142 440 avro cərimələnib.
"Bu, peyk siyasətini gücləndirən Komissiyanın kosmik zibillə mübarizədə ilk addımıdır", - Federal rabitə komissiyasından bildirilir.
FCC-nin bildirdiyinə görə, istifadə müddətinin sonunda peyki razılaşdırıldığından daha aşağı hündürlüyə keçirən şirkət, orbital zibillə bağlı narahatlıq yarada bilər.
Nizami Bağırov