Xəbər lenti

ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatdı
Dünya08:51 11.06.2022

ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
May ayında ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb və çox ehtimal ki, daha da yüksələcək.
Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.
ABŞ İstehlak Qiymətləri İndeksi (CPI) may ayında 8,6 faiz artaraq son səviyyəyə çatıb.
ABŞ Əmək Departamentinin may ayı hesabatına görə, bu ölkədə istehlakçılar üçün yaşayış minimumu keçən ayla müqayisədə 1% artıb.
İstehlak qiymətləri indeksinin bu ay 0,7 faiz artacağı gözlənilirdi.
ABŞ-da 1981-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatan inflyasiya bu ilin aprel ayında ayda 0,3 faiz artıb.
Artan enerji, mənzil, ərzaq və neft indeksləri may ayında istehlak qiymətlərini artırmağa davam edib.
Bu dövrdə ən yüksək qiymət artımı olan enerji indeksi aylıq 3,9 faiz, illik isə 34,6 faiz artıb.
M.Arif