Xəbər lenti

ABŞ-da kimin saxta xəbərlərə daha çox inandığı və daha çox yaydığı öyrənildi
Dünya10:37 17.01.2024

ABŞ-da kimin saxta xəbərlərə daha çox inandığı və daha çox yaydığı öyrənildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimal-Şərq Universitetinin tədqiqatçıları respublikaçıların və gənclərin demokratlar və yaşlı vətəndaşlarla müqayisədə saxta xəbərlərə daha çox inandıqlarına dair bir araşdırma yayımlayıblar.
Qaynarinfo xəbər verir ki, müxtəlif sosial qruplardan olan 500 iştirakçı üzərində aparılan araşdırmada iştirakçılardan "Fauci Nobel Sülh Mükafatını qazandı” və "CDC-nin özəl, qeyri-kommersiya korporasiyası olduğu ortaya çıxdı” kimi saxta xəbər başlıqlarını qiymətləndirmələri istənilib.
Aparıcı müəllif və "Şimal-Şərq”in professoru Braoni-Svayr Tompson qeyd edir ki, əvvəlcə yaşlı insanlar və demokratlar gənclər və respublikaçılardan daha doğru və yalan məlumatları ayırd etməkdə üstün olub.
Svayr-Tompson həqiqətlə yalanı ayırd etməkdə meta-idrakın, öz qabiliyyətlərinin dərk edilməsinin vacibliyini vurğulayır.
Maraqlı bir nəticə ondan ibarət olub ki, yanlış cavablar verildikdə, iştirakçılar siyasi əqidəsindən və yaşından asılı olmayaraq öz nöqteyi-nəzərində israr etməyiblər. Bu, insanların hələ də dəqiq məlumat istədiklərini və media savadlarını təkmilləşdirməyə sadiq olduqlarını göstərə bilər.
Tədqiqat həm də insanların məlumatı qiymətləndirmək və saxta xəbərləri tanıyarkən daha əsaslı qərarlar qəbul etmək qabiliyyətini artırmaq üçün metakoqnisiya təliminin vacibliyini vurğulayır. Mütəxəssislər müxtəlif kontekstlərdə öz qabiliyyətlərini dərk etmək də daxil olmaqla, təlimi digər sahələrə də genişləndirməyi düşünürlər.
Alpər